XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

22 Fevral 2021 - 23:02

Bitkoin kəskin ucuzlaşdı- Qiymət

Bu gün xeyli ucuzlaşan bitkoin 50 min dollarlıq psixoloji səddindən aşağı enib.

“Report” xəbər verir ki, ən böyük kriptovalyuta birjası olan “Binance”da Bakı vaxtı ilə saat 18:19-a olan vəziyyətə görə, bitkoin 12,38 faiz ucuzlaşaraq 49,9 min ABŞ dollarınadək geriləyib.

Həmçinin 20-dən artıq birjadakı orta göstəricini əsas götürən “Coin MarketCap”a görə, bitkoin 13,45 faiz ucuzlaşaraq 49,5 min dollardan satılıb. Hərrac əsnasında bitkoin hətta 47,6 min dollaradək ucuzlaşıb.

Xatırladaq ki, bazar günü bitkoin bir daha rekord vuraraq 58.352,8 ABŞ dollarına çatmışdı. 50 min dollarlıq psixoloji hədd isə ilk dəfə fevralın 16-da aşılıb. Ötən ilin dekabr ayından sürətlə bahalaşmağa başlayan bitkoin 2017-ci ildə əldə edilmiş 20.042 dollarlıq rekordunu aşmışdı. Bir qədər fasilədən sonra fevralın 8-də İlon Maska məxsus “Tesla” şirkəti bitkoinə 1,5 milyard ABŞ dolları yatırdığını açıqlayandan sonra məzənnə artımı yenidən davam edərək artıq fevralın 16-da 50 min ABŞ dolları həddini aşıb.