XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2021 - 23:45

Çavuşoğlu:"Biz türkmən neft və qazının Türkiyəyə və buradan Avropaya nəqlində maraqlıyıq"

“Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasına görə Türkiyə olaraq çox sevincliyik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla Ankarada birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, ölkəsi türkmən neftinin və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində maraqlıdır və bununla bağlı öhdəsinə düşən vəzifələri icra etməyə hazırdır/APA.