XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Aprel 2016 - 09:10

Bakı və Kiyev “İpək yolu” marşrutunda tarifləri azaldır

demiryol-11

Ukraynanın dəmir yolu şirkəti "Ukrzaliznıtsya" Çin ilə Avropa ölkələrini birləşdirməli olan yeni "İpək yolu" marşrutu üzrə yükdaşıma tariflərinin azaldılması üzrə danışıqlar aparır.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı şirkətin yükdaşımalar və logistika üzrə direktoru İvan Fedorko bildirib.

"Biz artıq öz tərəfimizdən Ukrayna ərazisi üzrə qatarların yükdaşıma tariflərini aşağı salmışıq, Azərbaycan və Gürcüstanla müsbət razılaşma əldə olunub, hələ ki, Qazaxıstanla bu istiqamətdə işləmək lazımdır. Yalnız o zaman rəqabətli tarifə çıxmaq olar", — deyə Fedorko qeyd edib.

O bildirib ki, göstərilən marşruta həm yerli, həm də əcnəbi şirkətləri tərəfindən maraq var, lakin yük sahibləri rəqabətli tarif gözləyirlər.