XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 12:29

Küveyt rəsmisi:“OPEK neft hasilatını azalda bilər”

 

Kuveyt: İran olmadan da petrol üretimi dondurulabilir

“Neft istehsalçılarının hasilatı azaltmaqdan başqa alternativləri yoxdur”.

Strateq.az xəbər verir ki, bu sözləri Küveytin OPEK-dəki nümayəndəsi Naval əl-Fəzaia deyib. Nümayəndə öz fikrini neft qiymətlərinin xeyli aşağı olması və hər kəsə zərər vurmasıyla əsalandırıb.

Fəzaia hətta İranın bu kampaniyaya qoşulmamasının da məsələyə dəxli olmadığını, OPEK və digər böyük neft hasilatçılarının istehsalı azaltmaq barədə razılığa gəlməsinin vacibliyini və yəqin ki, bunun baş tutacağını vurğulayıb.

Neft istehsalçısı ölkələr aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək yığıncaqda bir araya gələcəklər. Onlar dünya bazarında neftin qiymətinin bahalaşması üçün hasilatı azaldaraq, tələblə təklif arasındakı pozulan balansı yenidən bərpa etmək barədə məsləhətləşəcəklər.

Xatırladaq ki, bundan bir müddət əvvəl Rusiyanın OPEK ölkələrinə bu məsələni müzakirəyə çıxarmaq təklifi Səudiyyə Ərəbistanı-İran rəqabətinin güdazına germişdi. Rəsmi Riyad İranın hasilatı azaltmayacağı təqdirdə, özünün də bu addımı atmayacağını vurğulamışdı. İran isə uzun illər boyu üzləşdiyi sanksiyaların ağır nəticələrini aradan qaldırmaq və yeni müştərilər qazanmaq niyyətilə hasilatı azaltmaq fikrinə isti baxmır. Onun bu mövqeyi isə, təbii ki, əllərindəki bazarı itirməkdən çəkinən Fars körfəzi ölkələrini qane etmir.

El Fəzaianın fikrincə, İranın istehsalı azaltmamasından qorxmağa dəyməz: “Onun bu addımı heç kimə zərər verməyəcək, çünki təklif həddindən artıq yüksək olduğundan, İran öz neftini satmaqda çətinlik çəkəcək”.

Küveytin nümayəndəsinə görə, hasilat ən azı fevral ayının səviyyəsinə endirilməlidir.

Ötən il 27 dollara qədər enən neftin qiyməti bu ilin ilk aylarında yüksələrək 40 dollara çatsa da, ötən həftədən etibarən yenidən ucuzlaşma qeydə alınıb. Bu gün “Brent” markalı neftin bir barreli 38.17 dollara qədər enib. Ucuzlaşmanın yenə 30 dolların altına düşəcəyi gözlənilir. Bu isə neft istehsal edən bir çox ölkə, o cümlədən Azərbaycan üçün iqtisadi fəlakət deməkdir.