İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti martın 30-da dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti dəfə hərrac təşkil edəcək.
Strateq.az Nazirliyə istinadən xəbər verir ki, hərraca 101 əmlak çıxarılacaq.
Bunlardan 25-i kiçik dövlət müəssisə və obyekti, 36-sı nəqliyyat vasitəsi, 40-ı isə səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləridir.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış olmaq mümkündür: https://bit.ly/3uqqNcp, https://bit.ly/3pQIfDd, https://bit.ly/3qUsxIv, https://bit.ly/2ZPNXuD