XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2021 - 15:32

Mikayıl Cabbarov:"Vergi daxilolmaları proqnozlara nisbətən 118,7% icra olunub"

“Azərbaycan biznesi koronavirus pandemiyasından sonrakı bərpa dövrünə daxil olur”.

Strateq.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook”dakı səhifəsində yazıb.

Nazir bildirib ki, ilin 2 ayının yekunları ürəkaçandır: “İlkin məlumata əsasən, vergi daxilolmaları proqnozlara nisbətən 118,7% icra olunub. Qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon manat təşkil edib”.