XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2021 - 21:42

Energetika naziri Almaniyanın Azərbaycandakı səfiri ilə müzakirə aparıb –FOTO

Energetika naziri Pərviz Şahbazov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi qəbul edib.

Energetika Nazirliyindən Strateq.az-a verilən məlumata görə, görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin mövcud səviyyəsi və inkişaf perspektivləri istiqamətində müzakirələr aparılıb.

Nazir Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması istiqamətində görülən işlər haqqında məlumat verib.

Səfir bərpa olunan enerji sahəsində Almaniya təcrübəsi haqqında danışıb, həmçinin cari ilin 16-17 mart tarixlərində keçirilməsi planlaşdırılan “Berlin Energy Transition Dialogue 2021” beynəlxalq konfransına dəvət məktubunu təqdim edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir müzakirəsi aparılıb.