XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2021 - 23:02

ABŞ Səudiyyə Ərəbistanından neft idxalını artırıb –2,5 dəfə

ABŞ-a Səudiyyə Ərəbistanından xam neft idxalı fevralın 26-da sona çatan həftə ərzində 2,5 dəfə artaraq gündəlik 368 min barelə çatıb.

Bu barədə “angi.ru” portalı ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına istinadən məlumat verib.

EIA qeyd edir ki, bu, 2020-ci ilin noyabrından bəri maksimum idxal həcmidir.

Xatırladaq ki, yanvarın 1-də bitən həftədə ABŞ-ın Səudiyyə Ərəbistanından neft idxalı son 35 ildə ilk dəfə sıfır həddinə düşmüşdü. Maksimum idxal həcmi – 2,047 milyon barel/gün – isə 2012-ci ilin ilk həftəsində qeydə alınıb.

“Citi” analitikləri hesab edirlər ki, ABŞ 2,2 milyon barel/gün göstərici ilə keçən həftə sırf xam neft idxalçısı olub/Report.