XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 13:02

“Azərenerji” ASC-yə mazut güzəşti… –Nazirlər Kabineti qərar verdi

nazirler-kabineti

Azərbaycanda gömrük idxal rüsumuna cəlb edilməyən məhsulların siyahısı genişlənib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, Azərbaycanın 2016-cı il üzrə yanacaq-enerji balansına uyğun olaraq Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxalı rüsumundan azad edilib.

Bu qərar imzalandığı gündən 30 gün sonra qüvvəyə minir və 2017-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

APA