XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 16:38

Azərbaycanda vergidən ən çox hansı sahə yayınır?- Nazir müavini açıqladı

Hazırda ticarət, iaşə və tikinti sektorundan dövlət büdcəsinə neft sektoru ilə müqayisədə daha çox vergi daxil olur. Lakin Azərbaycanda vergidən yayınmanın böyük hissəsi də məhz bu sahələrin payına düşür.

Azərtac xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib. Nazir müavini qeyd edib ki, vergidən yayınma vergi sisteminin əsas problemlərindən biridir. Ölkədə vergi yoxlamalarının demək olar ki, 90 faizində vergidən yayınma faktları aşkarlanır. Bu cür hallar isə əsasən ticarət, tikinti sektoru, iaşə sahəsində qeydə alınır.