XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

28 May 2015 - 12:54

Sığorta şirkətlərində problemlə üzləşənlər mütləq oxusun: – Şikayətiniz dərhal araşdırılacaq (VİDEO)

Sığorta şikayətlərinə daha tez baxılacaq.

Strateq.az ANS TV-yə istinadən xəbər verir ki, yenilik Dövlət Sığorta Nəzarəti Xidmətinin saytı vasitəsilə edilən müraciətlərə aiddir. Yeni imkandan yararlanmaq üçün saytın “Məktub yazmaq” bölməsinə daxil olub, şikayət etdiyi sığorta şirkətinin adını seçməlidir. Bu zaman həmin vətəndaşın şikayəti həm də şirkətə göndəriləcək.

Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov deyir ki, şikayət sığortaçıya həmin an çatdırılır ki, bu da işin operativliyindən xəbər verir. Başqa sözlə sığortaçı ondan dövlət qurumuna şikayət edildiyini biləcək.

Xatırladaq ki, ölkə prezidentinə sığorta ilə bağlı şikayətlər kəskin artdıqdan sonra Prezident Adminstrasiyasından gələn məktuba əsasən Sığorta Nəzarəti Xidmətində xüsusi komissiya yaradılıb. Aprelin 8-dən fəaliyyət göstərən komissiyaya indiyədək 70 müraciət olub. Onlardan 11 şikayətçiyə 75 min manatdan artıq sığorta ödənişinin verilməsinə nail olunub. 10 şikayət isə araşdırılır.

Komissiyanın sədri Müşfiq İsrəfilov isə əlavə etdi ki, müraciət edənlərin bir qismi vaxtilə müharibədə iştirak etmiş və sığorta haqqını ala bilməyən hərbçilər olub. Amma bu məsələ hələ açıq qalır.

Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrəfilov həmçinin onu da dedi ki, bu məsələ Qanunvericilkdə nəzərdə tutularaq Milli Məclisdə müzakirə olunmalıdır.

Şikayətlərlə bağlı komissiyanın iyun ayında da fəaliyyətini davam etdirəcəyi, bundan sonra yekun hesabat təqdim edəcəyi planlaşdırılır. Şikayətlərlə bağlı rəqəmlərin təhlilindən sonra xüsusi komissiyanın fəaliyyətini davam etdirib-etdirməyəcəyinə qərar veriləcək. Hələ ki, vətəndaşlar həfənin 3-cü günləri öz şikayətlərini komissiyaya edə bilərlər.