XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

29 May 2015 - 04:14

Neftin qiyməti yenidən artır
Neftin dünya bazarlarında qiymətində yenidən qalxma müşahidə olunur. ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində bahalaşma qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.64 dollar (1.11%) artaraq 58.32 dollar təşkil edib.
ICE London qitələrarası birjasında isə Brent markalı neftin 1 barelinin qiyməti 0.54 dollar (0.86%) bahalaşaraq 63.12 dollar olub.
Xatırladaq ki, “LUKoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov ortamüddətli perspektivdə neftin barelinin qiymətinin 75 dollardan çox olacağını bildirmişdi.