XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 April 2016 - 11:28

Azərbaycanda genişpul kütləsinin həcmi azalıb

merkezi_bank_0001.jpg

Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 2016-cı il mart ayının 1-nə 19 598,8 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi fevralın 1-nə nisbətən 331,4 mln. manat və ya 1,66%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 516,4 mln. manat və ya 2,57% azalıb.

Manatla geniş mənada pul kütləsinin həcmi martın 1-nə 8 686,4 mln. manat təşkil edib. Bu, fevralın 1-nə olan analoji göstəricidən 684,7 mln. manat və ya 8,56% çoxdur, keçən ilin analoji dövrü ilə müqayisədə isə 4 920,6 mln. manat və ya 36,1% azdır.

Manatla geniş pul kütləsinin həcmi ən maksimal səviyyəsinə 2014-cü ilin noyabrında çatıb və 17, 525,2 mln. manat təşkil edib. Hazırda isə bu göstərici tarixi maksimal səviyyəsindən 8 838,8 mln. manat və ya 50,4% aşağıdır.