XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

11 Aprel 2016 - 18:28

Sabiq maliyyə naziri bankları bağlamağı təklif edir

Fikrət Yusifov

Sabiq Maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov Azərbaycanda bankların əkəsəriyyətini bağlayaraq 4-5 bank saxlamağı təklif edib.

Strateq.az xəbər verir ki, iqtisadçı bankların nizamnamə kapitalına tələbi 10 dəfəyə qədər artırmağın da vacib olduğunu deyir. “Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici valyutada kreditlərin verilməsinə qoyduğu qadağanı banklar "sabotaj" etdilər. Onlar bu qadağaya kreditlərin verilməsini tamamilə dayandırmaqla cavab verdilər. Lombard – mağaza xislətli sələmçi banklardan bundan artığını gözləmək də lazım deyildi! Odur ki, dəfələrlə dediyim kimi, bir daha təkrar edirəm: – fəaliyyətinin mahiyyəti soyğunçuluqdan ibarət olan bu acgöz sələmçi banklardan qısa zaman kəsiyində xilas olmağın vaxtı çatıb. Bu məsələnin həllində yeganə düzgün yol isə onların nizamnamə kapitalına tələbi 10 dəfəyə qədər artırmaqdan keçir. Azərbaycan böyüklükdə məmləkətə geniş şəbəkəsi olan və sahə maraqlarını nəzərə alan 4-5 bank kifayət edər” – deyə F.Yusifov bildirir.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası aprelin 5-dən etibarən 1 ay ərzində kreditlərin ancaq manatla verilə biləcəyini elan etmişdi. Ancaq dollarla kredit verməkdə maraqlı olan banklar manatla kreditə başlamaq əvəzinə, kredit xəttini ümumiyyətlə bağladılar. Yəni faktiki olaraq vətəndaşlar indi bir sıra banklardan, ümumiyyətlə kredit ala bilmirlər.Bu isə faktiki olaraq bankların üzərinə götürdüyü önəmli bir öhdəliyin yerinə yetirilməməsi deməkdir.

Maliyyə Bazarlarına Nəzarət Palatası manatla kredit verilməsini tələb kimi qoymaqla milli valyutaya inamın bərpa olunmasını hədəfləmişdi. Ancaq bankların bu qərardan sonra kredit xəttini bağlaması maliyyə sistemində ciddi problemlərə gətirib çıxara bilər.

Aruz

Strateq.az