XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

22 Fevral 2015 - 15:36

Kütləvi qitmət artımı baş verəcək

 

İqtisadçı ekspert belə düşünür 

 

 

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, 1 Avro isə 1.19 AZN səviyyəsində müəyyən edilib. Bu milli valyutamızın hardasa 33.5 faiz ucuzlaşması deməkdir. Bəs bu devalyasıyanın səbəbi nədir və bizi yaxın perspektivdə nə gözləyir? Suallarımızı cavablandıran tanınmış iqtisadçı ekspert Rəşad Həsənov bunları dedi: “Dünən baş verənlər ciddi ictimai inamsızlığa səbəb oldu. Hələ bir gün əvvəl rəsmilər manatla bağlı narahatçılığa əsas olmadığını dediyi halda səhər oyanan vətəndaş əlində olanın 33.5% buxarlandığını gördü. Lakin, bu ilk dəfə deyil ki, rəsmilər xalqı aldadır”. Ekspertin fikrincə, manatın qiymətdən düşməsi Mərkəzi Bankın yalnız hesablarının nəticəsidir: “Ötən günlərdə Mərkəzi Bank ciddi intervensiya xərcləri ilə üzləşdi və mərhələli devalivasiya nə qədər də hökumət tərəfindən təhlükəsiz proses kimi qiymətləndirilsə də insanlar buna inanmadı. Belə olduqda bütün növ yığımların, əmanətlərin, irihəcmli alqı-satqı əməliyyatlarının, kreditlərin dollarlaşması prosesi başladı və manata inam azaldı. Nəticədə hökumət digər variantı kəskin devalvasiya variantını seçdi. Hətta prezidentin çıxışına birdəfəlik əməl etmək hədəflənsə idi belə bu gün manat 11% ucuzlaşdırılmalıydı. Lakin, hökumət daha maraqlı üsula əl atdı”-deyən iqtisadçı fikirlərini belə davam etdirdi: “Bir gün əvvəl mən də müşahidə etdiklərimi və əldə etdiyim informasiyaları birləşdirərək bu prosesi “Fırtına” əməliyyatı adlandırmışdım. Məsələ ondadır ki, 4 gün əvvəl səhər saat 8.00-da eyni anda paytaxtda yerləşən nisbətən iri olan və o cümlədən şəbəkə ticarət obyektlərinin dövriyyəsi nəzarətə götürüb. Bundan başqa istehsalçı və yaxud diller şirkətlərə də oxşar təyinatlı reydlər başlayıb. Məqsəd əgər biznesin leqallaşdırılmasıdırsa belə, zamanlama yanlış idi. Rəşad Həsənovun fikrincə, sözügedən devulyasiyanın ağır nəticələri ola bilər. Belə ki, hazırda həyata keşirilən bu əməliyyat qısa zaman ərzində bu biznes subyektlərinin xərclərini artıracaq, nəticədə kütləvi qiymət artımları baş verəcək: “Onsuz da il ərzində manatın məzənnəsinin ucuzlaşmasından sıravi vətəndaşın gəlirləri alıcılıq qabilliyyətini itirəcək və heç şübhəsiz, əhalinin gəlirləri devalivasiyaya uyğun indeksasiya olunmayacaq. Üzərinə də vergi qaynaqlı qiymət bahalaşmasının ağır fəsadlar yaradacaq”. Ekspertə görə, real sektorda leqallaşdırma əməliyyatı daha yaxşı olardı ki, gəlirlərin artdığı və biznesin böyümə tempinin yüksək olduğu dövrdə baş versin: “Ümumiyyətlə isə mənim fikrimcə leqallaşma prosesi sektoral qaydada həyata keçirilməli, eyni təyinatlı istehsal və satış, xidmət müəssisələri fərqli zamanlarda deyil, eyni zamanda əməliyyata cəlb edilməlidir. Beləliklə leqal fəaliyyətin formalaşdırdığı vergi yükü haqsız rəqabət mühitini tətikləməmiş olacaq. Hazırki dönəm isə hər kəs o cümlədən də biznes üçün çox risklidir. Onsuz da inamı itirən manatı bir gecədə 33.5% ucuzlaşdırmaqla özü üçün manevr imkanı yaratdı. Belə ki, növbəti günlərdə manatın cüzi şəkildə bahalaşdırılması prosesi başlanacaq. Məsələn günə 0.01-0.02%. Nəticədə manat yenidən inamını bərpa edəcək, yığımların dollarlaşması prosesi nisbətən səngiyəcək, irihəcmli biznes əməliyyatlarında manat yenidən ödəmə predmeti olacaq. Eyni zamanda Mərkəzi Bank rezervlərinin ömrünü uzadacaq (neftin bahalaşması ümidi ilə), intervensiya xərcləri isə azalacaq”.

Elşən Yəhyayev