XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 15:41

“Azercell Telekom” cəbhə xəttindəkişəbəkələrini təkmilləşdirir

14604545413117818400_1000x669

“Azercell Telekom” MMC cəbhə xəttinə yaxın ərazilərdə yaşayan abunəçilərini kəsintisiz və keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə həmin ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində iş aparır. Cəbhə xəttinə ən yaxın 70 stansiyada 3G quraşdırılıb. Bununla da cəbhə bölgəsində “Azercell”in 3G şəbəkəsinin əhatə dairəsi 30 faizədək genişləndirilib.

Şirkətdən bildirilib ki, “Azercell”in Tərtər, Ağdərə, Ağdam, Füzuli, Göranboy rayonlarında və Naftalan şəhərində yerləşən Radio Baza stansiyalarında şirkətin mütəxəssisləri tərəfindən ümumi audit inspeksiyası aparılıb. Təhlükəsiz, keyfiyyətli rabitəni təmin etmək məqsədilə aşkarlanmış uyğunsuzluqlar qeydiyyata alınıb və dərhal aradan qaldırılıb. “Azercell”in işçi qrupunun səyləri nəticəsində cəbhə xəttinə yaxın 25 stansiya avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. Artıq bu stansiyalar elektrik təchizatı olmadan da çalışmaq imkanına malikdir və həmin ərazilərdə “Azercell” abunəçiləri tam keyfiyyətli rabitə ilə təmin olunublar. Hazırda təkmilləşdirmə işləri davam etdirilir.