XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 10:55

“Fitch”dən bədbin proqnoz:"Azərbaycan banklarının problemli kreditləri artacaq"

bank

"Fitch" beynəlxalq reytinq agentliyi post-devalvasiya dövründə Azərbycan bank sektorunu dəyərləndirib.

"Fitch" agentliyinin verdiyi xəbərə görə, dünya bazarında neftin qiymətinin kəskin azalması nəticəsində baş verən manatın devalvasiyası Azərbaycan banklarına mənfi təsir edib və onların problemli kreditlərdən yaranan zərəri təmin etməsində çətinlik yaranıb.

Agentlik bildirib ki, problemli kreditlərin həcminin daha da artacağı ehtimal edilir.

"Fitch"in ekspertləri hesab edirlər ki, bank sektoru üzrə problemli kreditlərin (90 günü keçən) məcmu kreditlərdə xüsusi çəkisi 2015-ci ilin yekununda 9,5%-ə yüksəlib.

Qeyd olunur ki, 2014-ci ilin sonunda bu göstərici 8,3% olub. 

Report