XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 13:06

“AGBank” ASC-nin rəhbərliyində dəyişiklik –SİYAHI

agbbank

"AGBank" ASC-nin rəhbərliyində dəyişiklik olub.

Bankdan Strateq.az-a daxil olan məlumata görə, bu barədə qərar səhmdarların ümumi yığıncağında qəbul olunub.

İclasın sonunda keçirilən səsvermə nəticəsində bankın Müşahidə Şurasının və Audit Komitəsinin tərkibində müəyyən dəyişikliklər edilib: "Mixail Fransev Audit komitəsinin yeni üzvü, İdarə Heyətinin sabiq sədri Azər Mövsümov isə Müşahidə Şurasının üzvü seçiliblər. İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icraçısı İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov təyin edilib".

Məlumatda o da qeyd edilib ki, yaxın gələcəkdə bankın strukturunda əlavə dəyişikliklər gözlənilir.