XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 April 2016 - 14:19

“Qazprom” türk şirkətləri ilərazılığa gəldi...

qaz

“Qazprom” və Türkiyənin özəl şirkətləri Rusiya qazının qiyməti ilə bağlı bütün mübahisəli məsələləri yoluna qoyublar.

“RİA Novosti” xəbər verir ki, tərəfləri arasında razılıq əldə olunub və yaxın zamanda ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, “Qazprom” Türkiyənin dövlət qaz şirkəti “Botas”dan əlavə “Enerco Enerji”, “Avrasya gaz”, “Akfel gas”, “Bosphorus gas”, “Shell Turkey”, “Bati Hatti” və “Kibar Enerji” kimi özəl şirkətlərə qaz satır. 

2015-ci ilin aprel ayının sonunda “Qazprom” bu şirkətlərlə qaz endirimi barədə razılığa gəlmişdi. Türk şirkətlərə rus qazı 10,25% güzəştlə satılacaqdı. 

Ancaq 2016-cı ilin martın əvvəlində “Enerco Enerji” bəyan etmişdi ki, “Qazprom eksport” türk alıcılar üçün qazın qiymətini qaldırır. 

Qeyd edək ki. Türkiyə dövləti rus qazını Qara dənizin dibi ilə keçən “Mavi axın” kəməri ilə alırsa, özəl türk şirkətləri isə qazı Transbalkan kəməri ilə alır(Avropa.info).