XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 16:31

İranlı nazir neft hasilatçılarınınDohadakı görüşünə getməyəcək

1460543031324776186_1000x669

İranın neft naziri Bijən Namdar Zəngənə aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək neft hasilatçısı ölkələrin görüşündə iştirak etməyəcək.

Azərtac “Bloomberg News”a istinadla xəbər verir ki, İranın neft naziri Bijən Namdar Zəngənə Dohaya getməyəcək. Lakin İran danışıqlarda iştirak üçün bir nümayəndə göndərəcək.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC neft istehsalçıları aprelin 17-də Dohada toplaşaraq hasilatın həcmini “dondurmaq” barədə qərar qəbul etməyi nəzərdə tuturlar. Rusiya və OPEC-ə üzv bəzi ölkələrin – Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın enerji nazirləri isə fevralda Dohada toplaşmış və digər böyük hasilatçılarının da qatılması şərti ilə xam neft istehsalının miqdarlarını yanvardakı səviyyəsində “donduracaq”larını açıqlamışdılar.