XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 10:51

BVF:“Azərbaycanda bu il ÜDM 3 faiz azalacaq”

 

BVF

Bu il Azərbaycanda ümumi daxili məhsul 2015-ci illə müqayisədə 3% azalacaq, gələn il 1% artım olacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondu «Dünya iqtisadiyyatının inkişaf perspektivləri» (World Economic Outlook) illik hesabatında bildirir. Hesabata əsasən bu il Gürcüstanda ÜDM 2,5%, Ermənistanda 1,9% artacaq.

Digər vacib makroiqtisadi göstəricidə də mənfi tendensiya gözlənilir. 2015-ci ildə tədiyə balansının müsbət saldosu ÜDM-in 0,2%-i qədər təşkil edib, 2016-cı ildə eyni səviyyədə mənfi saldo olacaq. İqtisadiyyatın dirçəlişi 2017-ci ildə mümkündür (+1%).  

İstehlak qiymətlərinin artımı 2017-ci ildə də davam edəcək. Bu il BVF inflyasiyanın 12,8%, 2017-ci ildə 9,5% artımını gözləyir. 2015-2017-ci illərdə Azərbaycanda işsizlik səviyyəsi dəyişməyəcək (6%).