XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 April 2016 - 16:22

Novak:"2017-də neftin qiyməti 40-60 dollar arasında olacaq"

1460552985402594936_1000x669

Rusiyanın energetika naziri Aleksandr Novakın fikrincə 2017-ci ildə neftin qiyməti 40-60 dollar arasında olacaq.

Azərtac “ria.ru”ya istinadla xəbər verir ki, A.Novak bu ilin ilk 6 ayında neftin qiymətinin 40 dollar səviyyəsində olacağını deyib. Nazirin qənaətinə görə, cari ilin ikinci yarısında isə neftin qiyməti 45 dollaradək bahalaşacaq: “İlin sonunda neftin qiyməti 50 dollara qədər yüksələ bilər. Qiymətə şist qazından əldə edilən neft də təsir edəcək”.

Şist qazı neftinin istehsalına diqqət çəkən A.Novak 2017-ci ildə neftin qiymətinin 40-60 dollar arasında olacağını deyib.