XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 18:31

Azərbaycanda yenidən tütün yetişdiriləcək- 300-ə yaxın fermerlə müqavilə bağlanıldı

tutun

Uzun illər fasilədən sonra Balakən rayonunda yenidən tütün yetişdirilməsinə başlanılıb. Bu il rayonda 200 hektar sahədə “İtiyarpaq” tütün sortunun əkilməsi nəzərdə tutulur. İstixanalarda yetişdirilən tütün şitilləri artıq sahələrə köçürülür. İndiyədək rayonun müxtəlif ərazilərində 20,3 hektar sahədə tütün əkilib və bu iş sürətlə davam etdirilir.

Bu barədə Azərtac-a rayon icra hakimiyyətindən məlumat verilib.

Qurumun rəsmisi Məmməd Şərifovun bildirdiyinə görə, əsas məqsəd rayonun kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyü dirçəltmək, əhalinin məşğulluğunu təmin etməkdir. Tütün yetişdirilməsi ilə bağlı 300-ə yaxın fermerlə müqavilə bağlanılıb.

Tütün şitillərinin sahələrə köçürülməsi prosesinin aprelin sonunadək başa çatdırılması nəzərdə tutulur.