XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 18:36

Qlobal neft tələbatının gündəlik neçə barrel olacağı açıqlandı- Beynəlxalq Enerji Agentliyi

neft

Bu il Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələr üzrə xam neft hasilatı gündəlik orta hesabla 57 milyon barrel olacaq. Bu həcm keçən illə müqayisədə gündəlik 710 min barrel azdır.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir. Hesabatda 2015-ci ildə gündəlik 94,7 milyon barrel olan qlobal neft tələbatının bu il gündəlik 95,9 milyon barrel olacağı bildirilir. Gündəlik 32,9 milyon barrel ilə ən böyük tələbat Asiya Sakit okean ölkələrində olacaq. İkinci sırada isə gündəlik 31,2 milyon barrel tələbatla Amerika qitəsi qərarlaşıb.