XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

15 Aprel 2016 - 16:42

İran Neft Nazirliyi:“OPEK-in toplantısına qatılmayacağıq”

neft

İran bazar günü Qətərin paytaxtı Dohada keçiriləcək neft istehsalçıları yığıncağına qatılmayacaq.

Strateq.az xəbər verir ki, bunu İranın Neft Nazirliyi açıqlayıb.

Açıqlamaya görə, İranı bu toplantıda neft naziri Bijan Namdar Zəngənə deyil, ölkənin OPEK-dəki nümayəndəsi təmsil edəcək.

ABŞ, Kanada və Norveç kimi OPEK üzvü olmayan ölkələrin də iştirakı ilə keçiriləcək toplantıda neft istehsalını 2016-cı ilin yanvar ayı səviyyəsinə gətirilib-gətirilməyəcəyi masaya yatırılacaq.

İran Neft Nazirliyi alınması gözlənilən hər hansı qərarın onlara dəxli olmayacağını, sanksiyalardan əvvəlki bazar payını yenidən bərpa edənə qədər neft hasilatını və ixracatını artıracaqlarını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanının ikinci vəliəhdi neftin qiymətini tənzimləmək üçün hasilatı azaltmaq qərarlarının İranın mövqeyindən asılı olacağını demişdi. Daha sonra Küveyt və Rusiyanın səyləriylə rəsmi Riyad bu şərtdən geri çəkilmış, bütün hallarda, OPEK üzvlərinin hasilatı azaltmasını dəstəkləyəcəyini açıqlamışdı.

Krallığın öz sözünün nə qədər ağası olduğu 2 gündən sonra bəlli olacaq. 17 apreldə keçirilən toplantıda həqiqətən də hasilatın azaldılması qərarı çıxsa, “qara qızılın” dünya bazarında qiymətlərinin 50 dolları keçəcəyi gözlənilir. Hazırda 1 barrel “Brend” markalı neft 42.69 dollara satılır.