XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

15 Aprel 2016 - 19:36

Yeni Bakı Limanı Azərbaycana coğrafi mövqeyindən tam yararlanmaqda kömək edəcək

13007191_517038035147423_2680929188909151469_n

Yüksək səviyyəli ABŞ rəsmisi Bakı Limanına səfər etdi

Aprelin 15-də ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini cənab Kurt Tong Azərbaycana səfəri çərçivəsində Ələtdə tikilməkdə olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edib. Səfərin məqsədi Yeni Bakı Limanının fəaliyyəti, o cümlədən  Limanın imkanları və gələcək planları barədə müzakirələr aparmaq olub.

13012776_517038115147415_6874519837077353735_n

“Hazırda Azərbaycanın iqtisadi siyasətinin əsas prioriteti qeyri-neft sektorunun inkişafıdır. Bu sahənin ən proqressiv layihələrindən biri də Bakı Limanı və onun ətrafında yaradılacaq Azad Ticarət Zonasıdır (ATZ)”, – deyən Bakı Limanının Baş Direktoru Taleh Ziyadov ölkə başçısının 17 mart 2016-cı il tarixli Sərəncamına əsasən təsis edilməsi planlaşdırılan azad ticarət zonası haqqında qonağa müfəssəl məlumat verib.

12993542_517038031814090_150373487832318432_n

Baş Direktor ABŞ rəsmisinin diqqətinə çatdırıb ki, ATZ-in yaranması ilə Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturu qurulacaq, neft-kimya və farmasevtik sahələr yaradılacaq, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlər həyata keçiriləcək.

Bu gün Bakı Limanınından aşırılan yüklərin 85%-i tranzit yükləri olması və Limanın Çin, Orta Asiya, İran, Rusiya və Türkiyə bazarlarına yaxın olması faktı Limanın Avrasiyada aparıcı ticarət, nəqliyyat və ligistika mərkəzinə ("HUB"-a) çevrilməsini reallaşdıracaq. 

13001248_517038038480756_8854884995115968835_n

Strateq.az-ın məlumatına görə, səfər zamanı Cənab Tong Yeni Bakı Limanı Kompleksinin birinci tikinti mərhələsi çərçivəsində artıq istifadəyə verilmiş bərə terminalının işi, Avropadan Mərkəzi Asiya istiqamətində hərəkət edən tırlar üçün yaradılan əlverişli şərait və yaradılmış şəffaf və nümunəvi işlərlə və prosedurlarla  aparılan işlərlə tanış olub.

“Ələtdə tikilməkdə olan yeni Bakı Limanı Azərbaycana mühüm coğrafi mövqeyindən tam yararlanmaqda kömək edəcək", – deyə cənab Tong bildirib.

Səfər kütləvi informasiya vasitələri nümayəndələrinə verilən açıqlamalar ilə yekunlaşıb.

 

Strateq.az