XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 April 2016 - 10:53

Azərbaycan üçün2-ci telekommunikasiya peyki tikilir

peyk

Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace-2"in tikintisi üzrə işlər başlayıb. Bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda peyk istehsalçısı tərəfindən tikinti işlərinin təqribən 20 faizi görülüb.

İ.Məmmədov qeyd edib ki, peykin buraxılmasına hazırlıq üzrə işlər qrafikə uyğun aparılır. Peykin 2017-ci ildə buraxılması planlaşdırılır(trend).