XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 17:07

Bakı Fond Birjasındahərrac keçiriləcək

baki fond birjaAprelin 19-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi (DQİ) üzrə hərrac keçiriləcək.

BFB-dən bildiriblər ki, hərraca ümumi məbləği 10 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 364 və 182 gün olan istiqrazlar çıxarılacaq. İstiqrazların ödəmə tarixləri müvafiq olaraq – 18 aprel 2017-ci il və 18 oktyabr 2016-cı ildir. Anderrayter vəzifəsində “Unikapital” ASC çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminə nisbəti emitentin müəyyən etdiyi minimum həddən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməmək hüququna malikdir.