XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 15:40

ARDNŞ mayda 93 min 491 ton dizel yanacağı ixrac edib

thumb_90_68_Socar.jpg

ARDNŞ Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin may ayında 93 min 491 ton dizel yanacağı və 15 min 863 ton təyyarə yanacağı ixrac etmişdir.

ümumilikdə, 2015-ci ilin yanvar-may ayları ərzində 480 min 632 ton dizel yanacağı, 103 min 509 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilmişdir.

2015-ci ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-669,34 dollar, təyyarə yanacağının-596,71 dollar, dizel yanacağının-593,68 dollar, 1% kükürdlü mazutun qiyməti 346,79 dollar təşkil etmişdir.

Bu barədə ARDNŞ-in saytında məlumat verilib.

Strateq.az