XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 15:19

Sərmayələri 3 dəfə azalan qeyri-neft sektoru… –Rövşən Ağayev rəqəmləri açıqladı

rovsen-agayev

"İqtisadi inkişafda həlledici olan təkcə sərmayələrin həcmi yox, həm də onların sosial-iqtisadi səmərəliliyidir. Amma bu da bir gerçəklidir ki, böyük neft pulları dövründə Azərbaycan hökuməti "resurs lənəti" nəzəriyyəsi üçün xarakterik olan "inkişafsız artım"ı sərmayələrin böyük kəmiyyəti hesabına ölkəyə gətirə bilmişdi". 

Strateq.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı-ekspert Rövşən Ağayev deyib. 

Onun sözlərinə görə, buna baxmayaraq, rəsmi statistika göstərir ki, 2016-cı il sərmayələrin kəskin azalması ilə start götürüb:

Söhbət isə hər şeydən əvvəl qeyri-neft sektorundan gedir. O sektordan ki, özünüz pik dövrü ilə müqayisədə gəlirlərini 10 milyard dollara yaxın itirən neft sektorunun yükünü çəkməlidir. Rəsmi statistikaya görə, ötən ilin ilk rübünə nisbətən 2016-cı ilin yanvar-mart aylarında qeyri-neft sektoruna investisiyalar 3 dəfəyədək 1.7 milyard manatdan 626 milyon manata qədər azalıb".

İqtisadçı qeyri-neft sektorunun aparıcı 4 sahəsi üzrə sərmayələrin dinamikasını da təqdim edib:

"1. Mənzil tikintisinə qoyulan sərmayələr 255 milyondan 125 milyona enib;

2. Kənd təsərrüfatına qoyulan sərmayələr 69 milyon manatdan 21 milyon manata enib;

3. Turizmə qoyulan sərmayələr 27 milyon manatdan 5 milyon manata enib;

4. Qeyri-neft emal sənayesinə sərmayələr 27 milyon manatdan 18 milyon manata enib.

Qeyri-neft sektorunun aparıcı sahələri olan bu 4 isiqamətin ümumi sərmayələrdə payı nə qədər olsa yaxşıdı – cəmi 5.8%. Bu qədər kiçik pay, həm də kəskin azalma. Halbuki ötən ilin 1-ci rübündə həmin rəqəm 11.6% olmuşdu. Sərmayələrin keyfiyyətli istifadəsini kənara qoysaq belə, onlar çoxlu sayda insan üçün iş və qazanc yeridi, dövlət büdcəsi üçün vergi mənbəyidi…".

Rövşən Ağayev bildirib kİ, sosial-iqtisadi səmərəliliyi dəqiq əsaslandırılmış və dinamik artan sərmayə siyasəti və mühiti yoxdusa, iqtisadiyyat yalnız enişə doğru sürətlə irəliləyə bilər:

"Sərmayələr belə kəskin həcmdə azalırsa, səbəbi təkcə iqtisadi tənəzzülün doğurduğu resurs qıtlığında axtarmaq lazımmı? İqtisadiyyatın perspektivinə, hökumətin islahatlarına güvənsizliyin burda heçmi rolu yoxdu?".