XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Aprel 2016 - 15:50

Vergilər Nazirliyinə 3 ayda 24 min müraciət daxil olub

 

vergiler.jpg

2016-cı ilin birinci rübü ərzində vergi orqanlarına 24 min 668 müraciət daxil olub. Onlardan 97,2 faizi ərizə, 2,6 faizi şikayət, 0,2 faizi isə təklifdir.

Vergilər.az saytı bildirir ki, daxil olan müraciətlərin 54,4 faizi müxtəlif arayışların alınması, 15,2 faizi kameral vergi yoxlamaları, 8,3 faizi vergi borcları, 2,1 faizi səyyar vergi yoxlamaları, 1,8 faizi vergidən yayınma və dividendlərin verilməsi, 1,8 faizi vergi qanunvericiliyi, 1 faizi operativ vergi nəzarəti (o cümlədən nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,5 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti və ya hərəkətsizliyi, 0,4 faizi qanunsuz sahibkarlıq fəaliyyəti, 0,2 faizi korrupsiya hüquqpozmaları, 14,3 faizi digər məsələlərlə bağlıdır.

Bütün müraciətlərə vaxtında baxılaraq, onların 78,9 faizi müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin birinci rübü ilə müqayisədə 20,2 faiz, dördüncü rübü ilə müqayisədə isə 41,4 faiz azalıb.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 848 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.