XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Aprel 2016 - 17:20

ARDNF-in 3 aylıqbüdcə gəlirləri və xərcləri açıqlandı

neft fondu

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2 023,1 milyon manat, büdcə xərcləri isə 1 946,7 milyon manat təşkil edib.

ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ilin birinci rübündə ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 874,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 869,8 milyon manat, bonus ödənişləri 0,1 milyon manat və tranzit gəlirləri 4,4 milyon manat olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 148,8 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 354,1 milyon manat olub.

Hesabat dövrü ərzində ARDNF-in 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 660,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 6,3 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 2,4 milyon manat vəsait ayrılıb. Beş milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 241,9 milyon manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 4,6 milyon manat təşkil edib.

Bu il aprelin 1-nə fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon ABŞ dolları) nisbətən 2 faiz artaraq 34 246,0 milyon ABŞ dollarına bərabər olub.