XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 06:25

Rusiya Slovakiya danışıqlarında Azərbaycan qazı müzakirə olunacaq

Fitso.jpg

Bu gün Slovakiyanın baş naziri Robert Fitso Moskvada Rusiyalı həmkarı Dmitriy Medvedev və prezident Putinlə görüşəcək. Fitso rusiyalı həmkarının dəvəti ilə Moskvaya gəlib. Səfərlə bağlı yayılan rəsmi məlumatda deyilir ki, Moskva danışıqlarında Slovakiya ilə Rusiya arasında iqtisadiyyat, ticarət, ivestisiya, energetika, mədəni-humanitar sahələrdə əməkadaşlığın aktaul məsələləri müzakirə olunacaq.

Təhlilçilər isə Slovakiya hökumət başçısının indiki məqamda Moskvaya dəvət olunmasını məhz energetika məsələlərinin, xüsusən Bratislavanın Kremlin “Türk axını” layihəsi ilə bağlı mövqeyi ilə izah edirlər.

Bu yaxınlarda Slovakiya Avropada yeni Eastring – regional qaz boru kəmərinin çəkilməsi təşəbbüsü ilə çıxış edib. Qərb mətbuatı artıq bu təşəbbüsün “Türk axını”na alternativ olduğunu xüsusi vurğulayırlar. Yeni Eastring – regional qaz boru kəməri layihəinin iştirakçılarının Slovakiya, Macarıstan, Ruminya və Bolqarıstan olması nəzərdə tutulur. Layihənin maliyyələşməsinin isə 4 ölkənin şirkətlərindən ibarət konsorsium tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Bu məsələdə iştirakçı dövlətlər Avropa İttifaqı və Avropa İnvestisiya Bankının da kömək edəcəyinə ümid edirlər.

Yeni qaz boru kəmərinin 2018-ci ilin sonunda işə düşməsi nəzərdə tutulur. Onun gücünün ilk mərhələdə 20 mlrd kubmetr təşkil edəcəyi planlaşdırılır. Qaz boru kəmərinin uzunluğunun 744-1015 km olacağı bildirilir. Qaz boru kəmərinin çəkilməsi üçün 1,14 mld dollardan 1,52 mlrd dollara qədər vəsait tələb olunacağı qeyd olunur.

Avropa KİV-nin məlumatına görə, qazın Azərbaycan, Türkmənistan, İraq, Kipr və Rusiyadan alınması planlaşdırılır.

Layihənin əsas fərqləndirici cəhəti isə hər iki istiqamətdə, şimaldan və qərbdən Balkan ölkələrinə qaz ixracının mümkün olmasıdır.

Təhlilçilər, Slovakiyanın yeni layihəsinin Azərbaycan qazını Avropaya nəql edəcək TAP qaz boru kəmərinin reallaşmasını sürətləndirəcək daha bir təşəbbüs kimi qiymətləndirirlər. Böyük ehtimalla Moskva danışıqlarından ruslar Slovakiyanın mövqeyni dəqiqləşdirmək və alternativ təkliflər irəli sürmək üçün yararlanmağa çalışacaqlar. Moskva danışıqlarında şübhəsiz ki, Slovakiyanın TAP-la bağlı mövqeyi də öyrəniləcək.

Strateq.az