XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 15:41

““SOCAR Turkey Enerji A.Ş.” Türkiyənin ikinci böyük şirkəti olacaq” – Kənan Yavuz

“2018-ci il “SOCAR Turkey Enerji A.Ş.” üçün olduqca əhəmiyyətlidir, çünki həmin il Trans-Anadolu qaz boru kəməri – TANAP, “Star” neft emalı zavodu və Petkim yarımadasında yeni elektrik stansiyası kompleksi istifadəyə veriləcək. Bununla da, “SOCAR Turkey Enerji A.Ş.” 2018-ci ildə Türkiyənin ikinci böyük şirkəti olacaq”.

Strateq.az AzerTac-a istinadən xəbər verir ki, bunu “SOCAR Turkey Enerji A.Ş.”-nin rəhbəri Kənan Yavuz deyib.

Onun sözlərinə görə, TANAP üzrə tikinti işlərinə artıq başlanılıb və şirkətlər kəmərin inşası üçün səfərbər olublar. 2018-ci ildən etibarən isə TANAP-dan qaz nəqli həyata keçiriləcək: “TANAP-a olduqca böyük maraq var ki, bu da layihənin əhəmiyyətini göstərir”.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. İlkin mərhələdə kəmərlə ildə 16 milyard kubmetr qaz nəql olunacaq.