XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

23 Aprel 2016 - 19:34

ABŞ-ın Ticarət Palatası Amerika şirkətləriniregionumuzla əməkdaşlığa çağırır

146141956558952851_1000x669

ABŞ-ın Ticarət Palatasının saytında “Avrasiya bazarını yenidən nəzərdən keçirmək” adlı məqalə yayılıb. Qurumun əməkdaşı Maykl Şvartsmanın müəllifi olduğu yazıda aprelin 28-29-da Vaşinqtonda təşkil olunacaq ilk Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu barədə məlumat verilir.

Bildirilir ki, forum ABŞ şirkətlərinin dəmir yolu, dəniz və yük daşımaları sahəsində region ölkələrindən səfər edəcək nümayəndələrlə ünsiyyət qurması üçün mühüm platforma olacaq. Məqalədə ABŞ Ticarət Palatasının və bu qurumun Azərbaycan, Gürcüstan və Qazaxıstandakı nümayəndəliklərinin adıçəkilən tədbirin rəsmi tərəfdaşları olduğu və forumda transkontinental yük daşımalarını asanlaşdıracaq yeni ticarət yolları barədə məlumatların veriləcəyi qeyd olunur.

Avrasiya region ölkələrinin iqtisadi sahədə əldə etdiyi uğurlardan bəhs edilən məqalədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyatın qurulması üçün inkişaf planı, xüsusilə iqtisadiyyatın diversifikasiya olunması ilə qeyri-neft sektorunda ümumi daxili məhsulun iki dəfə artırılmasının hədəf göstərildiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edildiyi vurğulanır. Bununla yanaşı, məqalədə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişaf etdirilməsinin bu planın mühüm tərkib hissəsi olduğu göstərilir.

Eyni zamanda, müəllif 264 milyon əhaliyə və 1,8 trilyon ümumi daxili məhsula malik Avrasiyanın qlobal iqtisadiyyat üçün vacib region olduğunu və bununla əlaqədar, ABŞ şirkətləri tərəfindən həmin bazarın yenidən nəzərdən keçirməsinin vaxtı gəldiyini qeyd edir. Məqalədə bildirilir ki, regionda əhalinin alıcılıq qabiliyyətinin artması ilə yaşayış standartları yaxşılaşmağa başlayıb və nəticədə bu regiona investisiya cəlbedici olacaq.

ABŞ-ın Ticarət Palatası kimi aparıcı qurum tərəfindən belə məqalənin yayılması bu ölkədə Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumuna və ümumilikdə regionumuza olan böyük marağın göstəricisidir(azərtac).