ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 44,81 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 42,97 dollar təşkil edib.
Azərbaycan nefti isə ucuzlaşıb. Belə ki, "AzeriLight" markalı neftin bir barelinin qiyməti 45,61 dollar təşkil edib.