XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 09:32

“Neftin qiyməti düşsə də,…” – Rövnəq Abdullayev

“Xəzərin Azərbaycan sektorundakı “ümid” yatağında daha bir quyunun qazılması planlaşdırılır. Hazırda yataqda iki istismar quyusu işləyir”.

Bu barədə Bakıda keçirilən “Xəzər Neft və Qaz” konfransındakı çıxışında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib. O bildirib ki, 2010-cu ildə kəşf olunan bu yataqdan hasilat davam edir:

“Hesablamalara görə, “ümid” yatağının karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmindədir”.

Qurum rəhbəri neftin qiymətindən də danaışıb. O, qeyd edib ki, neftin qiymətinin düşməsinə baxmayaraq hələ ki, bütün layihələr həyata keçirilir və heç bir layihə dayandırmayıb(ANS).