XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 10:30

Avropa Oyunlarına həsr olunmuş pul nişanları tədavülə buraxılıb- FOTO

pul xatrie.JPG

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən I Avropa Oyunlarının tariximizdə həkk olunması məqsədilə yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanları tədavülə buraxılıb.

AMB-dən verilən məlumata görə, xatirə pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında hazırlanıb. (APA)

Pul nişanlarının dizayn mövzusu 5 idman növünə həsr olunub, üz tərəfində hər bir idman növünün təsvirləri, arxa tərəfində isə Azərbaycan gerbi, aypara və milli ornamentlər əks etdirilib. Pul nişanları ən yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğun hazırlanıb.

Xatirə pul nişanlarının satışı kommersiya bankları və Avropa Oyunları üzrə satış məntəqələri vasitəsilə həyata keçirilir.