XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2016 - 10:05

CDB Bankın “sükanı”Fərəh Məmmədovaya əmanət olunub

CDB-Bank

“Caspian Development Bank (CDB)” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə Fərəh Fərahim qızı Məmmədova təyin edilib. “Marja” xəbər verir ki, bu barədə bankın saytında məlumat verilir.

Qeyd edək ki, Fərəh Məmmədovadan əvvəl Bankın Müşahidə Şurasının sədri vəzifəsini İbrahim Alışov icra edib. O, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru təyin edildikdən sonra vəzifə boş idi.

 Fərəh Məmmədova “Caspian Development Bank (CDB)” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

“Caspian Development Bank (CDB)” ASC 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi  Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk kommersiya banklarından biridir.  24 sentyabr  2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınmışdır.