XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2016 - 15:22

Banklarda kredit kartları ilə əməliyyatlar dayandırıldı –Səbəb

bank

Azərbaycan bankları kredit kartları üzrə əməliyyatları dayandırıblar ki, bu da Azərbaycanda xarici valyutada istehlak kreditlərinin verilməsinə moratoriyanın tətbiq edilməsi ilə bağlıdır.

Strateq.az Trend-ə istinadən bildirir ki, bunu Banklar Assosiasiyasından deyiblər.

Assosiasiyadan bildiriblər ki, xarici valyutada kredit kartları üzrə əməliyyatlar istehlak kreditlər kateqoriyasına daxil olduğuna görə banklar onları müəyyən müddətə dayandırıblar.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə aprelin 5-dən banklar xarici valyutada istehlak kreditlərinin verilməsini 1 ay müddətinə dayandırıblar.