XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

30 Aprel 2016 - 17:32

OPEC-in neft hasilatı apreldə gündəlik484 min barrel artıb

Apreldə Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft hasilatı gündəlik 484 min barrel artaraq 33,217 milyon barrel olub.

Azərtac “bloomberg.com”a istinadla xəbər verir ki, bu, 1989-cu ildən bəri ən böyük aylıq artımdır. Artıma səbəb kimi İrana qarşı sanksiyaların ləğv edilməsi və bu ölkənin neft hasilatını artırmasıdır.

Apreldə ən böyük hasilat artımı İraq və Birləşmiş Ərəb Əmirliklərində qeydə alınıb. Səudiyyə Ərəbistanı isə neft hasilatını gündəlik 80 min barrel artıraraq 10,27 milyon barrelə çatdırıb.