XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 07:02

Sığortaçılar Assosiasiyası icbari sığortadakı problemləri müzakirə edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcbari sığorta komitəsinin iclası keçirilib.

İclasda ASA-nın sədri Orxan Bayramov, qurumun hüquqşünası Cavid Məhərrəmov, adı çəkilən komitənin sədri – “PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin üzvü Tural Əliyev, eləcə də komitənin digər üzvləri – “AXA MBASK”, “İpək Yolu Sığorta”, “Meqa sığorta”, “Standard İnsurance”, “AtaSığorta”, “Atəşgah Sığorta” və “Xalq Sığorta” şirkətlərinin nümayəndələri iştirak edib.

Strateq.az xəbər verir ki, toplantı iştirakçıları əsasən avtomobillərin icbari sığortasından yayınma hallarının aradan qaldırılması məsələsini müzakirə ediblər. Qərara alınıb ki, komitə üzvləri tərəfindən qısa zamanda beynəlxalq təcrübə öyrənilməklə təkliflər hazırlanıb ASA-ya təqdim edilsin.

Bundan əlavə, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”nın birbaşa tənzimlənməsində (klirinq sistemində) yarana biləcək problemlər və onlardan çıxış yolları müzakirə edilib. Həmçinin sığorta agentlərinin şirkətlərə debitor borclarının yaranmasına dair problem və onun həll mexanizmləri də müzakirə obyekti olub.