XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

01 May 2016 - 10:36

Əsas kapitala yönəldilmiş vəsaitin 70 faizitikinti-quraşdırma işlərinə sərf edilib

statistika-komitesi-

2016-cı ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 2 milyard 876,8 milyon manatlıq vəsaitin 70,0 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, istifadə olunmuş vəsaitin 87,9 faizi məhsul istehsalı obyektlərinin, 7,7 faizi xidmət sahələri üzrə obyektlərin, 4,4 faizi isə ümumi sahəsi 334,7 min kvadratmetr olan yaşayış sahəsinin tikintisinə sərf olunub.

Bu müddət ərzində Bakı şəhərində iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları, Gəncə şəhərində “Nizami” elektrik yarımstansiyası, Tovuz rayonunda Tovuzçay su anbarı, Naxçıvan Muxtar Respublikasında 618 şagird yerlik, Zaqatala rayonunda 140 yerlik ümumtəhsil məktəb binası, Mingəçevir şəhərində 140 yerlik klub və s. obyektlər istifadəyə verilib.