XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

26 Fevral 2015 - 11:07

Neftin qiyməti 2 il bahalaşmayacaq

Mərkəzi Bankdan neftin qiyməti ilə bağlı həyacanlı açıqlama yaydı

tən il neftin qiymətinin azalması diapazonu digər əmtəələrlə müqayisədə daha çox olub
BVF-in proqnozlarına görə, neftin dünya bazarında orta qiyməti (Brent, WTI və Dubai Fateh markaları üzrə) 2015-ci ildə 56,73 ABŞ dolları, 2016-cı ildə isə 63,88 ABŞ dolları təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2014-cü il ərzində pul siyasəti haqqında hesabatında deyilir.

Hesabat dövrünün sonuna Brent markalı neftin qiyməti ilin əvvəli ilə müqayisədə 43% ucuzlaşıb. Orta illik qiymət isə 99 ABŞ dolları olub ki, bu da 2013-cü ildəki qiymətdən (109$) 9,2% azdır.

Sənəddə deyilir: “Neftin dünya bazarında qiymətlərinə əsas ixracatçılarda hərbi-siyasi gərginliyin yüksəlməsi kimi artırıcı təsirlərlə yanaşı, qlobal tələbin azalması, OPEK tərəfindən hasilatın yüksək həddə saxlanılması, ABŞ-da şist neftinin hasilatı kimi azaldıcı faktorlar təsir edib. 1984-cü ildən bəri neftin qiymətinin 6 ay ərzində 30%-dən çox azaldığı 5 epizod müşahidə olunub. 1985-86-cı illərdə neft 67% ucuzlaşaraq, 31,72 $-dan 10,42 $-a, 2008-ci ildə 72% ucuzlaşaraq, 146,08 $-dan 36,61 $-a düşüb”.

Hesabata əsasən, 2014-cü ildə neftin qiymətinin kəskin enməsinin 2008-ci ildə baş vermiş anoloji hadisədən əsas fərqi odur ki, bu dəfə neftin qiymətində enmə diapazonu digər əmtəələrlə müqayisədə daha çox olub: “2014-cü il ərzində dünya əmtəə bazarlarında qiymətlər aşağı düşməyə meylli olub. İlin II yarısından etibarən enerji, metal və minerallar, kənd təsərrüfatı malları indeksləri üzrə enmə sürətlənib. Dövr ərzində əmtəə qiymətləri indeksi 29%, ərzaq qiymətləri indeksi isə 6,4% azalıb. Qiymətlərin neqativ dinamikası həm tələb, həm də təklif amilləri ilə izah edilir”.