Bu gün Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Strateq.az ARDNF-ə istinadən xəbər verir kİ, bu vəsaitdən 5,6 milyon ABŞ dolları məbləğində vəsait 7 banka və 40 milyon ABŞ dolları məbləğində vəsait isə Mərkəzi Bankına satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Qeyd eedək ki, bundan əvvəlki hərraclarda da Mərkəzi Bank dollar alıb.