Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən iki müəssisə ləğv olunub.
Vergilər Nazirliyindən verilən məlumata görə, "Samux rayonu M. F. Axundov adına Taxıl toxumçuluq üzrə Dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC və "Samux rayonu R. Əliyev adına Tərəvəz-bostan və kartof toxumçuluğu üzrə Dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC hüquqi varisliyi onların bazasında yaradılan "Samux Kənd Təsərrüfatı istehsalı müəssisəsi" MMC-yə keçməklə ləğv olunduğunu elan edir.
Ləğv olunan cəmiyyətlərin kreditorları tələblərini iki ay ərzində Samux rayonu, Lək kəndi ünvanına bildirə bilərlər.
APA