XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2016 - 18:31

Maliyyə Nazirliyinin tədavül müddəti 91 gün olan 15 milyon manatlıq istiqrazı –Hərrac

Maliyyə Nazirliyi MN

"Bakı Fond Birjası" QSC-də (BFB) Maliyyə Nazirliyinin tədavül müddəti 91 gün olan 15 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Strateq.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 44,5 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 15 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 97,1320 (gəlirlilik 12,0075 faiz), orta ölçülmüş qiyməti isə 97,2377 (gəlirlilik 11.5524 faiz) səviyyəsində müəyyən edilib.

İstiqrazlar avqustun 2-də ödəniləcək.