XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2015 - 18:45

Neftin yenidən ucuzlaşacağı xəbəri yayıldı
“Brent neftin barrelinin qiyməti İraq və İranın hasilatlarını artırmağa hazırlaşması ilə ilin sonunda ucuzlaşacaqdır”.
Bunu OPEC-in keçmiş araşdırma direktoru Hassan Qabazard bildirib. 2006-2013-cü illər ərzində OPEC-in tədqiqat departamentinə rəhbərlik etmiş Qabazardın sözlərinə görə, “Brent nefti 2015-in 4-cü rübündə 40 dollar ilə 50 dollar aralığında dəyişəcək və 2015-in 4-cü rübü gerçək bir test olacaq”.
OPEC-in Vyanada keçirdiyi iclasda hasilat kvotasının azaldılmamasına qərar verməsinin ardından neftdə qlobal təklif artıqlığının səngiməsinə baxmayaraq, yüksək səviyyəsini qoruyur.

Neft 2015-ci ildə 11 faiz bahalaşıb. Hazırda Brent neftin barrelinin qiyməti 63 dollar ətrafındadır.

Azadlıq.info