XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2016 - 10:07

Avropa Mərkəzi Bankı 500 avroluq əskinaslarınburaxılışını dayandırır

Avropa Mərkəzi Bankı (AMB) Şurasının mayın 4-də qəbul edilmiş qərarına əsasən 2018-ci ilin sonunda 500 avroluq əskinasların tədavülə buraxılmasına son qoyulacaq.

Bankın qərarına görə, 100 və 200 avroluq əskinaslar 2018-ci ilin sonundan etibarən yeni dizaynda və daha böyük həcmdə dövriyyəyə buraxılacaq. Beş yüz avroluq əskinasların buraxılışı dayandırılsa da, onlar qeyri-məhdud müddətə ödəmə vasitəsi kimi istifadə oluna biləcək.

Bankın bu qərarı qəbul etməsinə əsas səbəb kimi qeyri-qanuni fəaliyyətlərin (transmilli cinayətkarlıq, terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması) qarşısının alınması göstərilir. Çoxdan idi ki, mütəxəssislər bənövşəyi əskinasların nəql və çəki rahatlığına görə daha çox kriminal dairələrdə populyar olmasını əsas gətirərək, bu əskinasların dövriyyədən çıxarılmasına çağırırdılar(azərtac).