XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

05 May 2016 - 12:09

ABŞ və Avropa İttifaqından“Cənubi Qaz Dəhlizi”nə dəstək

ABŞ və Avropa İttifaqı “Cənubi Qaz Dəhlizi” də daxil olmaqla Avropadakı bir sıra enerji infrastruktur layihələrini dəstəkləyirlər.

Bu barədə ABŞ-Avropa İttifaqı Energetika Şurasının bəyanatında deyilir. Bildirilir ki, şura “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası daxil olmaqla “Cənub Qaz Dəhlizi”ni dəstəkləyir.

Şuranın iclası mayın 4-də ABŞ dövlət katibi Con Kerri və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Moqerininin sədrliyi ilə Vaşinqtonda keçirilib. Şura həmçinin Yunanıstan-Bolqarıstan dövlətlərarası konnektorunun (Interconnector-Greece-Bulgaria (IGB), Xorvatiya və Yunanıstanda mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) terminallarının inşasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu (TANAP) və TAP qaz boru kəmərlərindən ibarətdir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır(azərtac).